“Barselona”da gərginlik: Klub bəyanat yaydı

“Barselona”nın hücumçusu Lionel Messinin məvacibinin mediada dərc edildiyini xəbər vermişdik.

Komanda.az xəbər verir ki, “Barsa” məsələ ilə bağlı bəyanat yayıb. Klubun rəsmi saytında yerləşdirilən bəyanatda Kataloniya təmsilçisi məvacibin mediada yayıldığı üçün təəssüfləndiyini bildirib və sənədin yayımlanması ilə bağlı heç bir məsuliyyət daşımadığını elan edib. Klub həmçinin məvacibi yayımlayan “El Mundo” nəşri ilə bağlı qanuni addımların atılacağını bildirib.

Məvacibinin mətbuatda yayılmasından sonra Messi ilə klub arasında münasibətlərin pisləşdiyi də iddia edilir.

“El Mundo” nəşrinin yaydığı məlumatda Messinin 2017-ci ildə imzaladığı 4 illik müqavilə ilə 555 milyon avro qazandığı bildirilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button