“Barselona”da Busketsi əvəzləməyə 3 namizəd

“Barselona” yarımmüdafiəçisi Serxio Buskets üçün əvəzedici axtarır.

Komanda.az “Diario Sport”-a istinadən xəbər verir ki, “Barselona”nın məşqçilər heyəti növbəti mövsümdə kuboklar uğrunda mübarizə aparmaq üçün yayda komandanı gücləndirmək istəyir. Onlar komandada hər mövqedə iki oyunçunun olmasını planlaşdırırlar.

Xəbərdə bildirilir ki, Kataloniya klubunun məşqçilər heyətinin fikrincə, gücləndirilməli olan mövqelərdən biri də mərkəz yarımmüdafiəçisi mövqeyidir. “Barsa”da hazırda bu mövqedə 34 yaşlı Buskets çıxış edir.

Bildirilir ki, baş məşqçi Xavi və “Barsa” rəhbərliyi bir neçə ay ərzində bu mövqeyi gücləndirməyi müzakirə edib və üç namizəddən ibarət siyahı hazırlayıb. Bura “Real Sosyedad”dan Martin Subimendi, “Monako”dan Orelyen Tuçameni və “Vulverhempton”dan Ruben Neves daxildir.

“Barselona” La Liqada 35 turdan sonra 69 xalla 2-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button