Avropanın maliyyə dəyərini ən çox artıran 4 klubu

“Barselona” Çempionlar Liqasının finalından kənarda qalmasına baxmayaraq, əla mövsüm keçirməyi bacarıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, kataloniyalılar İspaniya çempionluğu, kuboku və İspaniya superkubokunu qazanıblar və bu o deməkdir ki, onlar Avropada kapitallaşmasını ən sürətlə artıran kluba çevriliblər. İl ərzində “Barselona”nın dəyəri 190 milyon avro artıb.

Bu cədvəldə ikinci yerdə isə PSJ qərarlaşıb. Paris komandasının dəyəri 176 milyon avro artıb.

Üçüncü yeri Portuqaliya çempionu “Sportinq” tutur. Bu uğurlu il ərzində onların kapitallaşması 118 milyon avro artıb.

“Ayntraxt” (Frankfurt) maliyyə tərəqqisinə görə ilk dördlüyü qapayır və komandanın dəyəri 107 milyon avro artıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button