“Real Sosyedad” səfərdə xal itirdi

İspaniya La Liqasında 25-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, turun açılış oyununda “Espanyol” “Hueska” ilə üz-üzə gəlib. Meydan sahibləri çempionatın aşkar autsayderi ilə oyundan xal itkisi ilə ayrılıb.

Şənbə günü dörd görüş baş tutub. “Xetafe” “Rayo Valyekano”nu, “Atletik” “Eybar”ı məğlub yola salıb. “Alaves” – “Selta” matçında qapılara qol vurulmayıb.

25-ci turun mərkəzi görüşündə lider “Baselona” çətin “Sevilya” səfərinə yollanıb. Kataloniya təmsilçisi 6 qolun qeydə alındığı matçdan inamlı qələbə ilə ayrılıb.

Bazar günü daha dörd görüş keçirilib. “Leqanes” – “Valensiya” matçı heç-heçə yekunlaşıb. “Valyadolid” doğma meydanda “Betis”ə məğlub olub. Madrid “Atletiko”su “Vilyarreal”la ev oyunundan inamlı qələbə ilə ayrılıb. Paytaxtın digər təmsilçisi “Real” isə “Levante” ilə səfər oyununda penaltilərlə qələbə qazanıb.

Son oyun günündə bir görüş keçirilib. “Jirona” doğma meydanda “Real Sosyedad”la münasibətlərinə aydınlıq gətirib. Tərəflər bu oyundan qolsuz ayrılıblar.

İspaniya La Liqası, 25-ci tur

22 fevral

Espanyol – Hueska 1:1
Qol: Qranero, 20 – Etçeyta, 47.

23 fevral

Xetafe – Rayo Valyekano 2:1
Qol: Mata, 28. Molina, 68 – De Tomas, 58.

Sevilya – Barselona 2:4
Qol: Navas, 22. Merkado, 42 – Messi, 26; 67; 85. L.Suares, 90.

Alaves – Selta 0:0

Atletik – Eybar 1:0
Qol: R.Qarsiya, 1.

24 fevral

Leqanes – Valensiya 1:1
Qol: Breytveyt, 89 – Kondoqbia, 22.

Atletiko – Vilyarreal 2:0
Qol: Morata, 31. S.Niqes, 88.

Valyadolid – Betis 0:2
Qol: Mandi, 45. Xoakin, 87.

Levante – Real 1:2
Qol: Marti, 60 – Benzema, 43-pen. Q.Beyl, 78-pen.

25 fevral

Jirona – Real Sosyedad 0:0

Bombardir: Lionel Messi (Barselona) – 25 qol.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button