“Barselona”nın futbolçusu Fransa klubunda

Fransanın “Nitsa” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Liqa 1 təmsilçisi İspaniya çempionu “Barselona”dan Mussa Vaqeni transfer edib.

21 yaşlı seneqallı futbolçu mövsümün sonuna kimi icarəyə götürülüb. Lakin Fransa klubu mövsüm bitəndən sonra sağ cinah müdafiəçisinin transfer hüquqlarını da almalıdır.

Vaqe “Barselona”ya 2018-ci ildə Belçikanın “Eupen” klubundan transfer olunsa da, Kataloniya təmsilçisində möhkəmlənə bilməyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button