“Barselona” səfərdən 1 xalla döndü

Futbol üzrə İspaniya La Liqasında 4-cü turdan təxirə salınmış oyunlar keçirilib.

Komanda.az xəbər verir ki, bu gün iki qarşılaşma baş tutub.

Əvvəlcə “Vilyarreal” doğma meydanda “Alaves”lə münasibətlərinə aydınlıq gətirib. Yeddi qolun qeydə alındığı matç meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

Günün digər matçı “Sevilya” ilə “Barselona” arasında keçirilib. Tərəflər bu oyunan hərəyə 1 qol və 1 xalla ayrılıblar.

İspaniya La Liqası, 4-cü turun oyunları

21 dekabr

Vilyarreal – Alaves 5:2
Qol
: Moreno, 18; 88. Dia, 27; 76. Pino, 79 – Pons, 44. Xoselu, 65.

Sevilya – Barselona 1:1
Qol
: B.Peres, 32 – Arauxo, 45.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button