“Barselona”nın direktoru müqavilə imzalananda ağladı”

Yay transfer pəncərəsi dövründə “Ayaks”dan “Barselona”ya transfer olunan Frenki de Yonqun meneceri Hasan Çetinkaya açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, menecer, yarımmüdafiəçinin Kataloniya klubuna transferi haqqında danışıb:

“Bu, müharibənin açarı kimi idi. PSJ, “Mançester Siti” və “Yuventus” Frenki de Yonqu əldə etmək üçün çox çalışdı, amma “Barselona” hər zaman
onun üçün prioritet olub. Onlar bu transfer üçün çox böyük təzyiq altında idilər. Klub rəhbərliyi onunla müqavilə imzaladıqdan sonra çox rahatlaşdı. “Barselona”nın direktoru Pep Sequra isə müqavilə imzalananda ağladı. Mən belə bir şeyi heç vaxt görməmişdim”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button