“Barselona” Dembele ilə danışıqları yekunlaşdırır

“Barselona” Osman Dembele ilə müqaviləni uzatmaq üçün danışıqları yekunlaşdırmaq üzrədir.

Komanda.az “Diario Sport”-a istinadən xəbər verir ki, 25 yaşlı fransalı futbolçunun baş məşqçi Xavi ilə yaxşı münasibəti olduğundan, o, klubda qalmağa qarşı deyil.

Xəbərdə qeyd olunur ki, “Barselona” ilk növbədə yarımmüdafiəçi Serxio Busketsin gələcəyi ilə bağlı qərar vermək istəyir.

Dembelenin klubla müqaviləsi 2024-cü ilin yayında başa çatır. O, bu mövsüm bütün turnirlərdə 28 matçda 8 qol vurub və 7 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button