“Barselona” onun üçün 70 milyon tələb edir

“Barselona” komandadan ayrılacağı iddia olunan futbolçusu Samuel Umtitinin transfer dəyərini müəyyənləşdirib.

Komanda.az “goal.com”a istinadən xəbər verir ki, Kataloniya təmsilçisi 25 yaşlı müdafiəçini ən azı 70 milyon avroya satmaq niyyətindədir.

Umtitinin müqaviləsindəki sərbəstqalma məbləği isə 500 milyon avrodur. Fransız müdafiəçiylə “Mançester Yunayted” və “Arsenal” yaxından maraqlanır.

2016-cı ildən “Barselona” forması geyinən Umtiti, bu mövsüm sadəcə 10 oyunda iştirak edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button