
“Barselona”nın Balde ilə bağlı planı
“Barselona” Alexandro Baldeni müdafiənin sol cinahında uzunmüddətli perspektiv kimi qiymətləndirir.
Komanda.az “Diario Sport”-a istinadən xəbər verir ki, kataloniyalılar 22 yaşlı futbolçunu illərlə heyətində saxlamağı planlaşdırır, ancaq hazırda onun çıxışı ilə tam razı deyillər. Klub Baldedən daha çoxunu gözləyir.
Balde “Barselona”nın yetirməsidir. O, cari mövsümdə bütün turnirlər daxil olmaqla 31 oyunda meydana çıxıb və 3 məhsuldar ötürmə verib.
İspaniyalı futbolçunun klubla müqaviləsinin müddəti 2028-ci ilə qədərdir, bazar dəyəri isə “transfermarkt” portalına görə, 60 milyon avrodur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



