
“Barselona” Kunde üçün bu məbləği tələb edir
“Barselona” fransalı müdafiəçisi Jül Kunde ilə bağlı gələcək təklifləri nəzərdən keçirməyə hazırdır.
Komanda.az xəbər verir ki, bu barədə “Diario Sport” məlumat yayıb.
Kataloniya klubu 27 yaşlı futbolçunu 50-60 milyon avro qarşılığında buraxmağa razıdır. Müdafiəçini heyətinə qatmaq istəyən “Bayern” isə transfer üçün 40 milyon avrodan artıq ödəmək niyyətində deyil. “Barselona” rəhbərliyi bu məbləği kifayət qədər yüksək hesab etməyib.
Kunde 2025/26 mövsümündə bütün turnirlərdə 47 oyunda meydana çıxıb, 3 qol vurub və 4 məhsuldar ötürmə verib.
Fransalı futbolçunun “Barselona” ilə müqaviləsinin müddəti 2030-cu ilin iyununa qədər nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



