“Barselona” portuqaliyalı futbolçunu transfer edəcək

“Barselona” “Mançester Siti”dən müdafiəçi Joao Kanselonu transfer etmək qərarına gəlib. 

Komanda.az “Diario Sport”-a istinadən xəbər verir ki, Kataloniya təmsilçisi icarəyə götürdüyü portuqaliyalı futbolçunu öz sıralarında saxlamaq istəyir.

Klub futbolçu üçün təklif hazırlayıb. “Barselona” müdafiəçi üçün 25 milyon avro ödəməyə hazırdır.

29 yaşlı futbolçu bu mövsüm La Liqada 7 matçda 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button