“Bəli, “Barselona” mənimlə maraqlanırdı” – Uruqvaylı futbolçu

“Barselona”nın qış transfer dövründə maraqlandığı iddia edilən Kristian Stuani məsələylə bağlı açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 32 yaşlı hücumçu, Kataloniya təmsilçisinin maraq dairəsində olduğunu etiraf edib:

“Bəli, “Barselona” mənimlə maraqlanırdı. “Barselona” kimi böyük bir klubun mənimlə maraqlanması şərəfdir, amma “Jirona” ilə müqaviləmi yenilədiyim üçün xoşbəxtəm.

Komanda aşağı diviziona düşsə, sərbəst qalmayacam. Baş məşqçiyə tamamilə güvənirəm. Liqada qalacağıq”.

“Jirona” ilə müqavilə müddətini 2022-ci ilədək uzadan uruqvaylı futbolçu, bu mövsüm iştirak etdiyi 24 oyunda 14 qolla yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button