“Barselona” “Liverpul”un hücumçusu üçün danışıqlar aparıb

“Liverpul”un hücumçusu Luis Dias “Dumanlı Albion”u İspaniyaya dəyişə bilər.

Komanda.az “Todofichajes” portalına istinadən xəbər verir ki, “Barselona” kolumbiyalı futbolçunun xidmətində maraqlıdır. Klubun idman direktoru Deku artıq forvardın nümayəndələri ilə danışıqlar aparıb.

“Barselona” Diası 2025-ci ilin yayında almaq şərti ilə icarəyə götürməyə çalışacaq. Qeyd olunur ki, komandanın baş məşqçisi Xavi Ernandes də bu transferə müsbət yanaşır.

Dias İngiltərə çempionatının bu mövsümündə 36 oyun keçirib, 8 qol vurub və 5 məhsuldar ötürmə verib. Onun mersisaydlılarla müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button