“Barselona” “Liverpul”un hücumçusunu istəyir

“Barselona” yayda “Liverpul”un hücumçusunu heyətinə qatmaq istəyir.

Komanda.az “Diario AS”-a istinadən xəbər verir ki, “Barsa” 2022-ci ilin yanvarında “Portu”dan “qırmızılar”a keçən Luis Diasla maraqlanır.

27 yaşlı kolumbiyalı futbolçu “Liverpul” üçün çox vacib oyunçudur. Ona görə də, onunla müqavilə bağlamaq çətin olacaq. Üstəlik, yayda “Barselona”nın maliyyə imkanları məhdud olacaq.

Dias İngiltərə Premyer Liqasının cari mövsümündə 32 matçda 8 qol vurub və 4 məhsuldar ötürmə edib. O, zədə səbəbindən ötən mövsümün çox hissəsini buraxmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button