“Barselona”nın transferdə əsas hədəfi odur

“Barselona” klubunun qış transfer pəncərəsi dövründəki əsas hədəfi məlum olub.

Komanda.az xəbər verir ki, Kataloniya təmsilçisi “Leyptsiq”dən Dayot Upamekanonu transfer etmək istəyir. Bu barədə İspaniya mətbuatı məlumat yayıb. Xəbərdə, “Barselona”nın 21 yaşlı fransız müdafiəçini transfer etmək lazım olan məbləği ödəməyə hazır olduğu bildirilir.

“Leyptsiq” bir müddət əvvəl “Arsenal”ın da istədiyi Upamekano üçün 80 milyon avro tələb edir.

2017-ci ildən Bundesliqa təmsilçisinin şərəfini qoruyan müdafiəçinin klubla müqaviləsi 2021-ci ilədək nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button