
“Barselona” keçmiş futbolçusunu geri qaytara bilər
“Əl-Hilal”ın müdafiəçisi Joao Kanselo yenidən “Barselona”nın diqqət mərkəzinə düşüb.
Portuqaliyalı futbolçu bir müddət əvvəl Avropaya qayıtmaq istədiyini etiraf etmişdi.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Barselona” yaxın günlərdə onun mümkün transferi ilə bağlı vəziyyəti daha dərindən araşdırmağı planlaşdırır.
Kanselo 2023/24 mövsümündə icarə əsasında kataloniyalıların heyətində çıxış edib. O, cari mövsümdə bütün turnirlərdə 4 oyunda meydana çıxıb və 1 məhsuldar ötürmə verib.
31 yaşlı futbolçunun “Əl-Hilal”la müqaviləsinin müddəti 2027-ci ilə qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



