“Barselona” İspaniya millisinin üzvü ilə maraqlanır

“Aston Villa”nın müdafiəçisi Pau Torres İngiltərəni tərk edərək İspaniyaya qayıda bilər.

Komanda.az xəbər verir ki, bu barədə “Estadio Deportivo” nəşri məlumat yayıb.

“Barselona” müdafiə xəttini gücləndirmək üçün 29 yaşlı futbolçunu əsas namizədlərdən biri kimi nəzərdən keçirir. Bundan əlavə, Kataloniya klubunun transfer siyahısında Niko Şlotterbek (Dortmund “Borussiya”sı) də yer alır. “Barselona” üçün prioritet variantlardan biri də Alessandro Bastonidir (“İnter”). Buna baxmayaraq, yüksək məbləğli transfer tələblərinə görə bu keçid baş tutmaya bilər.

İspaniya millisinin üzvü cari mövsümdə 26 oyunda meydana çıxıb. Onun “Aston Villa” ilə müqaviləsinin müddəti 2028-ci ilin ortalarına qədərdir.

“Vilyarreal”ın sabiq futbolçusu daha əvvəl icarə əsasında “Malaqa”da çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button