“Barselona” ilə VİDALaşdı

“Barselona”nın futbolçusu Arturo Vidalın “İnter”ə keçə biləcəyini xəbər vermişdik.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, artıq bu transfer yekunlaşıb. Bu gün Kataloniya klubunun məşqinə gedən çilili futbolçu, komanda yoldaşları ilə vidalaşıb və bazadakı əşyalarını götürüb. Futbolçunun növbəti 48 saat içərisində “İnter” üçün tibbi müayinədən keçəcəyi və ardınca rəsmi müqaviləyə imza atacağı bildirilir.

2018-ci ildən “Barselona”nın şərəfini qoruyan Vidalın müqaviləsi mövsümün sonuna qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button