“Barselona” 20 milyon avroya hücumçu alır

“Barselona” heyətini yeni hücumçuyla gücləndirməyə hazırlaşır.

Komanda.az xəbər verir ki, Kataloniya təmsilçisi “Leqanes”dən Martin Breytveyti tranfer etməyə yaxındır. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

“Barselona” 28 yaşlı hücumçu üçün 20 milyon avro ödəyəcək. Kataloniya təmsilçisi yaxın zamanda bu transferi rəsmən açıqlayacaq.

Danimarka millisinin də üzvü olan Breytvey, bu mövsüm La Liqada 24 oyunda 6 qol vurub.