“Gündoğanı nə üçün transfer etdiyimizi bilirsiz?” – Xavi

“Barselona”nın baş məşqçisi Xavi İspaniya La Liqasının 2-ci turunun “Kadis”lə matçından sonra (2:0) açıqlama verib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, yaxşı oynadıqlarını bildirib:

“Hesabı daha tez açmalıydıq. İlkay Gündoğanı nə üçün transfer etdiyimizi bilirsiz? Çünki o, son məqamda həlledici ötürmələr verə bilir. Yaxşı oynadıq, amma komandam çox səbirsizdir”.

“Barsa” növbəti turda “Vilyarreal” səfərinə yollanacaq, “Kadis” isə evdə “Almeriya”nı qəbul edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button