“Barselona” dedilər, “Espanyol” başa düşdüm” – Boatenq

“Barselona”nın qış transfer pəncərəsi dövründə “Sassuolo”dan icarəyə götürdüyü Kevin-Prins Boatenq maraqlı açıqlama verib.

Komanda.az xəbər verir ki, İspaniya mətbuatına danışan Boatenq, “Barselona”ya keçidi haqda bunları deyib:

“Menecerim zəng vurdu və “İnter” matçında yaxşı oynamalı olduğumu, oyun bitdikdən sonra isə “Barselona”ya gedəcəyimizi dedi. O an Barselona şəhərinin digər təmsilçisi “Espanyol”a transfer olunacağımı düşünmüşdüm.

Sonra həqiqətən “Barselona”ya gedəcəyimi öyrəndim. İnanılmaz bir şey idi. “Sassuolo”nun idman direktorunun mənə zəng vurmasına qədər “Barselona”ya gedəcəyimə inanmırdım”.

2019-cu ilin yanvarında “Barselona”ya keçən Boatenq, Kataloniya təmsilçisiylə 3 qarşılaşmada iştirak edib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button