“Şeytan” “Barselona”nı yoldan çıxardı

“Barselona” yarımmüdafiəçisi Frenki de Yonqu buraxmağa hazırdır.

Komanda.az “Marca”- ya istinadən xəbər verir ki, Kataloniya klubunun rəhbərliyi “Mançester Yunayted”in 25 yaşlı niderlandlı üçün təklifini sərfəli hesab edir. Xəbərdə qeyd olunur ki, İngiltərə klubu yarımmüdafiəçi üçün 60 milyon avro və 20 milyon bonus təklif edir.

De Yonq özü klubdan ayrılmaq istəməsə də, “Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq onu razı sala bilər.

De Yonq ötən mövsüm kataloniyalıların heyətində 46 oyunda 4 qol vurub və 5 məhsuldar ötürmə edib. Yarımmüdafiəçinin klubla müqaviləsi 30 iyun 2026-cı ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button