Messi varsa, rekord var

“Barselona” Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda Çexiyanın “Slaviya” klubunu məğlub edib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 2:1 hesabıyla bitən görüşdə Kataloniya təmsilçisinin futbolçusu Lionel Messi yeni rekorda imza atıb. “Slaviya” ilə oyunda hesabı açan Messi, ardıcıl 15 mövsümdür ki, Çempionlar Liqasında qol vurur. Argentinalı oyunçu turnir tarixində bunu bacaran ilk futbolçu olub.

“Slaviya” həm də, Messinin ÇL-də qol vurduğu sayca 33-cü komanda olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button