
“Barselona” braziliyalı hücumçunun transferində maraqlıdır
“Çelsi”nin hücumçusu Joao Pedro İspaniya La Liqasına keçə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Barselona” braziliyalı futbolçunu yay transfer pəncərəsində heyətinə qatmaqda maraqlıdır.
Pedro 2025-ci ildə 63 milyon avroya “Brayton”dan “Çelsi”yə keçib. Onun İngiltərə klubu ilə müqaviləsinin müddəti 30 iyun 2033-cü ilə qədərdir.
24 yaşlı forvard bu mövsüm bütün yarışlarda 45 oyuna çıxıb, 19 qol vurub və 9 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



