“Barselona” bu iki futbolçudan birini transfer edə bilər – 1 ildən sonra

“Barselona” bir ildən sonra “Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva və ya “Leyptsiq”in futbolçusu Daniel Olmonu təzminat məbləği ödəməklə ala bilər.

Komanda.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.

Məlumatda bildirilir ki, yaxınlarda klubları ilə müqavilələrini yeniləyən bu oyunçular anlaşmaya əlavə bənd daxil ediblər ki, bu bəndə əsasən, onların xidmətində maraqlı olan klub təxminən 60 milyon avro ödədiyi təqdirdə, hazırkı komandalarını bir ildən sonra tərk edə biləcəklər.

“Barselona” yayda Silvanı icarəyə götürmək niyyətində olub. Amma “Mançester Siti” rəhbərliyi belə bir təklifdən məmnun olmayıb.

Bernardo Silva bu mövsüm İngiltərə Premyer Liqasında üç oyunda iştirak edib. Olmo isə Bundesliqada “Leyptsiq”lə üç oyun keçirib və iki qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button