“Barselona”da Balde ilə bağlı fikir ayrılığı var

“Barselona”da müdafiəçi Alexandro Baldenin gələcəyi ilə bağlı vahid mövqe yoxdur.

Kataloniya təmsilçisinin rəhbərliyində 22 yaşlı futbolçunun komandadakı gələcək taleyi ətrafında aktiv müzakirələr aparılır.

Komanda.az “Diario Sport”-a istinadən xəbər verir ki, klub daxilində Baldenin qarşıdakı yay transfer pəncərəsində satılmasını dəstəkləyən şəxslər də var.

“Transfermarkt” portalına görə, ispaniyalı müdafiəçinin bazar dəyəri təxminən 55 milyon avrodur.

O, cari mövsümdə Hans-Diter Flikin rəhbərlik etdiyi komandada 34 oyunda meydana çıxıb və 3 məhsuldar ötürmə verib. Ona İngiltərə Premyer Liqası klublarından da maraq var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button