Azərbaycan yığması Gürcüstana qalib gəldi

Bakıda təlim-məşq toplanışını davam etdirən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində bu gün növbəti yoxlama oyununu keçirib.

Komanda.az xəbər verir ki, milli “Dalğa Arena”da keçirilən qarşılaşmada gürcüstanlı yaşıdları ilə qarşılaşıb. Üç qolun qeydə alındığı oyun Azərbaycan yığmasının qələbəsiylə yekunlaşıb. U-19-un heyətində 40-cı dəqiqədə Mirmövsüm Canıyev və 66-cı dəqiqədə Berkay Vardar fərqlənib.

Bu komandalar arasında avqustun 3-də keçirilmiş ilk oyun 3:2 hesabı ilə Gürcüstan millisinin xeyrinə başa çatıb.

Yoxlama oyunu

6 avqust

Azərbaycan U-19 – Gürcüstan U-19 2:1