Bakıda daha bir yol bağlanacaq – Formula 1-ə görə

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) Formula 1 üzrə Azərbaycan qran-prisinə hazırlıq çərçivəsində trekin keçdiyi yollarda tikinti-quraşdırma işlərini davam etdirir.

BŞH-dan Komanda.az-a verilən məlumata görə, bu gün gecə saat 23:00-dan etibarən Səməd Vurğun küçəsinin Neftçilər prospekti kəsişməsindən Zərifə Əliyeva küçəsi kəsişməsinə qədər olan hissə nəqliyyatın hərəkətinə bağlanacaq.

Daha əvvəl Azadlıq prospektinin Neftçilər prospekti ilə kəsişməsi bağlanıb.

Formula 1 üzrə Azərbaycan qran-prisi 28-30 apreldə keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button