
Azərbaycanlı cüdoçu Avropa çempionatının yarımfinalına vəsiqə qazanıb
Azərbaycan cüdoçusu Balabəy Ağayev (60 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında yarımfinala vəsiqə qazanıb.
Komanda.az xəbər verir ki, idmançı 1/4 finalda Dilşot Xalmatova (Ukrayna) qalib gəlib.
Əhməd Yusifov (60 kq) isə bu mərhələdə uduzub. O, Fransa təmsilçisi Luka Mixeidze ilə bacarmayıb. Yusifov təsəlliverici görüşə çıxacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



