Azərbaycanın 5 cüdoçusu Avropa Kubokunda finala vəsiqə qazanıb

Azərbaycanın beş yeniyetmə cüdoçusu Gəncədə keçirilən Avropa Kubokunda finala vəsiqə qazanıb.

Komanda.az xəbər verir ki, Fərid Rzazadə (50 kq), İbrahim Talıbov, Rza Xəlilli (hər ikisi 55 kq), İlkin Qarayev (66 kq), Fatimə Fərmanzadə (48 kq) həlledici raundda iştirak hüququ əldə edib.

Medal qarşılaşmaları günün ikinci yarısında baş tutacaq.

Avropa Kubokuna aprelin 5-də yekun vurulacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button