Azərbaycan millisinin Beynəlxalq İnkişaf Turniri üçün yekun heyəti – SİYAHI

18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Belarusun paytaxtı Minskdə keçiriləcək Beynəlxalq İnkişaf Turniri üçün yekun heyəti müəyyənləşib.

Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığmada 21 oyunçu yer alıb.

Turnirdə 8 komanda 2 qrupda yarışacaq. Azərbaycan millisi B qrupunda Belarus, Rusiya və Özbəkistan komandaları ilə mübarizə aparacaq. Komanda fevralın 19-da Rusiya, 20-də Özbəkistan, 21-də Belarusla üz-üzə gələcək.

Fevralın 23-də həlledici oyunlar keçiriləcək. Qrupların qalibləri finalda, ikinciləri üçüncü yer uğrunda, üçüncüləri beşinci yer uğrunda, dördüncüləri isə 7-ci yer uğrunda görüşdə üz-üzə gələcəklər.

Nr.Adı / SoyadıKlub
1Nurəziz ƏzizovNeftçi
2Bilal HacıyevQarabağ
3Uğur QurbanlıQarabağ
4Rəşad GülüşovSabah
5Atacan MəmmədovMarcet (İspaniya)
6Səttar TahirzadəMarcet (İspaniya)
7Muhamməd ÇodarovMarcet (İspaniya)
8İsmayıl SəfərliNeftçi
9Amin RzayevQarabağ
10Sahib XəlilliNeftçi
11Eldar AbbasovQarabağ
12Raul İsaqovKəpəz
13Nihad HüseynzadəSabah
14Musa MustafayevZirə
15İbrahim XəlilovSabah
16Samir ŞərifovSabah
17Pünhan KərimovMarcet (İspaniya)
18Emin SüleymanovNeftçi
19Əli BəşirovQarabağ
20Kamal ZülfiyevSumqayıt
21Nicat KərimovSabah
Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button