
Azərbaycan millisi Tacikistan yığması ilə yoxlama oyunu keçirəcək
Futbol üzrə Azərbaycan millisi UEFA Millətlər Liqasına hazırlıq çərçivəsində yoxlama oyunu keçirəcək.
Komanda.az AFFA-ya istinadən xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu komanda sentyabrın 23-də Tacikistan yığması ilə qarşılaşacaq. Oyun “Palms Sports Arena”da baş tutacaq.
Azərbaycan millisi UEFA Millətlər Liqası çərçivəsində sentyabrın 27-də Litva ilə səfərdə, oktyabrın 1-də Lixtenşteyn, 4-də isə Litva ilə evdə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



