Azərbaycan millisi bu gün Şimali Makedoniya ilə qarşılaşacaq

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün DÇ-nin seçmə qrup mərhələsində ilk matçına çıxacaq.

Komanda.az xəbər verir ki, Siyasət Əsgərovun rəhbərlik etdiyi komanda C Liqasının 3-cü qrupu çərçivəsində Şimali Makedoniya yığmasını qəbul edəcək.

“Dalğa Arena”da start götürəcək matça saat 15:00-da start veriləcək.

Yığmanın qrupda növbəti sınağı martın 7-də Felksutda Macarıstana qarşı olacaq.

3 mart

15:00 Azərbaycan – Şimali Makedoniya

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button