Azərbaycan cüdoçularının “Böyük Dəbilqə”dəki rəqibləri məlum oldu

Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək “Böyük Dəbilqə” turnirinin püşkatma mərasimi baş tutub.

Komanda.az xəbər verir ki, püşkatmanın nəticələrinə əsasən, Azərbaycan idmançılarının ilk rəqibləri müəyyənləşib.

Dünya Cüdo Turuna daxil olan yarışda Azərbaycan 12 çəki dərəcəsində 18 cüdoçu (12 kişi, 6 qadın) ilə təmsil olunacaq.

Kişilər:

60 kq

Əhməd Yusifov – Samariddin Kuçkarov (Özbəkistan)

Balabəy Ağayev – Baxrom Boturov (Özbəkistan)

66 kq

Nizami İmranov – Minhao Canq (Çin)

Turan Bayramov – Matan Kokolayev (İsrail)

73 kq

Kamran Süleymanov – Şusuke Uçimura (Yaponiya)

Hidayət Heydərov – Arun Kumar (Hindistan);

81 kq

Ömər Rəcəbli – Adrian Sulka (Rumıniya);

90 kq

Murad Fətiyev – Vlad Vişan (Rumıniya);

100 kq

Əjdər Bağırov – Ernazar Sarsenbayev (Özbəkistan)

Zelim Kotsoyev – Tornike Poladişvili (Gürcüstan) / Baxtovar Boboxonov (Tacikistan) cütünün qalibi

+100 kq

Camal Qamzatxanov – Ritik Kumar (Hindistan), Kənan Nəsibov – Gela Zaalişvili (Gürcüstan) / İslombek Ravşankulov (Özbəkistan) cütünün qalibi.

Qadınlar:

48 kq

Könül Əliyeva – Sevinç Murodova (Özbəkistan)

Şəfəq Həmidova – Venna Cuanq (Çin)

52 kq

Leyla Əliyeva – Liliya Nuqayeva (Rusiya)

63 kq

Fidan Əlizadə – Sevinç İsokova (Özbəkistan);

70 kq

Südabə Ağayeva – Kamila Badurova (Rusiya)

+78 kq

Madina Kaisinova – Umida Niqmatova (Özbəkistan)

Turnirdə ümumilikdə 39 ölkədən 370 idmançı mübarizə aparacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button