Azərbaycan boksçularından beynəlxalq turnirdə 4 medal

Azərbaycan boksçuları Macarıstanın Debretsen şəhərində keçirilən beynəlxalq turnirdə 4 medal qazanıblar.

Komanda.az xəbər verir ki, 19 ölkənin qatıldığı yarışda Azərbaycan millisinin üzvləri 2 gümüş və 2 bürünc medal əldə ediblər.

Amin Məmmədzadə (55 kq) ilə Həsən Osmanlı (80 kq) ikinci yeri tutub.

Nəbi İsgəndərov (70 kq) və Zeynəb Rəhimova (54 kq) isə turniri bürünc medalla başa vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button