Azərbaycan boksçuları beynəlxalq turnirdə 7 medal qazanıb

Azərbaycanın gənc boksçuları Gürcüstanın Poti şəhərində keçirilən beynəlxalq turnirdə 7 medal qazanıblar.

Azərbaycan Boks Federasiyasından Komanda.az-a verilən məlumata görə, millinin heyətində Bilalhəbaşi Nəzərov (50 kq), Zidan Hümbətov (55 kq) və Məhəmməd Cəfərov (+90 kq) bütün rəqiblərinə qalib gələrək, birinci yeri tutublar.

Yalnız finalda məğlub olan Sübhan Babayevlə (57 kq) Hüseyn Hüseynli (90 kq) gümüş medala yiyələniblər.

Nihat Qasımov (50 kq) və Rza Rzayev (75 kq) isə turniri bürünc mükafatla başa vurublar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button