
Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinə yüksələn üçüncü komanda bilindi
Azərbaycan Basketbol Liqasının pley-off mərhələsinə yüksələn daha bir komanda müəyyənləşib.
Komanda.az xəbər verir ki, pley-in mərhələsinin ikinci görüşləri çərçivəsində “Lənkəran” “Gəncə”ni qəbul edib. Lənkəran Olimpiya İdman Kompleksində baş tutan oyun Gəncə təmsilçisinin 101:77 hesablı qələbəsi ilə başa çatıb.
Komandalar arasında ilk görüşdə də “Gəncə” rəqibini üstələmişdi – 91:55. Bu nəticədən sonra Gəncə komandası növbəti mərhələdə mübarizə aparmaq hüququ əldə edib.
Daha əvvəl “Naxçıvan” və “Şəki” komandaları da Azərbaycan Basketbol Liqasının pley-off mərhələsinə yüksəlib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



