“Azərreyl” “Abşeron”a qalib gəldi

Qadın voleybolçular arasında Azərbaycan çempionatında daha bir oyun baş tutub.

Komanda.az xəbər verir ki, bu gün 10-cu turun və ikinci dövrənin son matçında “Abşeron” və “Azərreyl” üz-üzə gəliblər.

Qarşılaşmaya daha yaxşı başlayan “Abşeron” 2:0 hesabı ilə önə keçib. Lakin təşəbbüsü ələ alan “Azərreyl” növbəti iki seti aktivinə yazmaqla ümumi hesabı bərabərləşdirib (2:2) və tay-brekə ehtiyac yaranıb. Həlledici hissədə daha dəqiq oynayan “Azərreyl” meydandan 3:2 hesablı qələbə ilə ayrılıb.

Bu oyunda ölkə çempionatı tarixində ilk dəfə “Challenge” sistemi tətbiq olunub. Bu sistem mübahisəli epizodlar üçün nəzərdə tutulub. Müvafiq qaydalara əsasən komandalara hər setdə 2 dəfə “Challenge”dən yararlanmaq imkanı verilir. Tərəflər etirazlarında haqlı çıxsalar, bu imkanlarını qoruyurlar.

“Azərreyl” hazırda 24 xalla (8 qələbə) turnir cədvəlinə liderlik edir. “Murov Az Terminal” 23 xalla (8 qələbə ) 2-ci, 21 xalla (7 qələbə) “Abşeron” 3-cü, “Gəncə” 13 xalla (4 qələbə) 4-cü, “Milli Aviasiya Akademiyası” 9 xalla (3 qələbə) 5-ci, qələbəsi və xalı olmayan UNEC isə sonuncu pillədədir.

“Abşeron” – “Azərreyl” 2:3 (25:21, 25:17, 18:25, 21:25, 12:15)

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button