Tofiq Musayevin “Killer”lə döyüşü ləğv olundu

Azərbaycanlı MMA idmançısı Tofiq Musayevin də iştirak edəcəyi “Rizin 22” döyüş gecəsi ləğv olunub.

Komanda.az xəbər verir ki, bu barədə Rayzin Döyüş Federasiyasının rəhbəri Nobuyuki Sakakibara məlumat verib. Yaponiyada Yokohama Arenasında, aprelin 19-da keçirilməsi nəzərdə tutulan döyüş gecəsi koronavirus pandemiyası səbəbindən ləğv olunub.

Tofiq Musayev “Rizin 22” döyüş gecəsində “Killer” ləqəbli braziliyalı Luis Qustavoyla qarşılaşmalı idi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button