Azərbaycanlı hücumçu mövsümü 11 qolla başa vurdu

Futbol üzrə Almaniyanın Qərb Regional Liqasında 38-ci turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Şalke”nin ikinci komandası da növbəti matçına çıxıb.

Sözügedən kollektiv mövsümün son matçında doğma meydanda “Vyedenbrük” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 5:1. Rüfət bu oyunun iştirakçısı olmayıb.

“Şalke 2” bu nəticədən sonra 47 xalla 20 kollektiv arasında 9-cu pillədə qərarlaşıb. Lakin son turun qalan qarşılaşmalarından sonra iki klubun bu komandanı qabaqlamaq şansı qalır.

Dadaşov geridə qalan mövsümdə “Şalke”nin ikinci komandasının heyətində 19 oyuna çıxıb və 11 qol vurub. Bu nəticə ilə o, sözügedən komandanın ən yaxşı bombardiri olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button