Azərbaycanlı futbolçu Almaniya klubunda – FOTO

Azərbaycanlı futbolçu Emin Səfixanovun Almaniya klubuna keçidi rəsmiləşib. 

Komanda.az xəbər verir ki, “Solingen” mətbuat xidməti vasitəsilə “Willkommen Emin” (Xoş gəldin, Emin) yazaraq, Səfixanovun transferini açıqlayıb.

Emin mövsüm sonuna qədər Almaniya altıncı liqasında mübarizə aparan kluba məxsus olacaq.

Sumqayıtda doğulsa da, sonradan ailəsi ilə birlikdə Ukraynaya köçən müdafiəçi, bu ölkənin U-19 yığmasında da oynayıb. O, hazırda Ukrayna vətəndaşıdır. Futbolçunun son klubu “Podilya” olub. 

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button