Misirlilərdən Əliyar Ağayevə dəvət

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev təyinat alıb.

Komanda.az AFFA-nın saytına istinadən xəbər verir ki, Misir Futbol Federasiyasının dəvətinə əsasən, Ağayevin rəhbərlik etdiyi hakimlər briqadası Misir kubokunun yarımfinal mərhələsi çərçivəsində “Zəmələk” və “İttihad” komandaları arasında keçiriləcək oyunu idarə edəcək.

Qarşılaşma sentyabrın 1-də İsmailia şəhərindəki eyniadlı stadionda təşkil olunacaq. Əliyar Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Oyunun dördüncü hakimi Elçin Məsiyev olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button