Azərbaycanlı cüdoçu Avropa çempionatında finala yüksəldi

Azərbaycanlı cüdoçu Hidayət Heydərov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında finala yüksəlib.

Komanda.az xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan son olimpiya çempionu yarımfinalda türkiyəli Bilal Çiloğluya qalib gəlib.

O, daha əvvəl 1/16 finalda Konstantinos Tsaparas (Yunanıstan), 1/8 finalda Dardan Çenan (Kosovo), 1/4 finalda isə Dayyan Boulemtafesi (Fransa) məğlub etmişdi.

Bununla da, Hidayət Heydərov ən azı gümüş medalı özü üçün təmin edib.

Onun həlledici raunddakı rəqibi gürcüstanlı Laşa Şavdatuaşvili olacaq.

Ötən gün mübarizəyə qoşulan 7 idmançıdan ikisi – Əhməd Yusifov (60 kq) və Turan Bayramov (66 kq) bürünc medal qazanıb.

Avropa çempionatı aprelin 19-da başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button