Tokio-2020: Azərbaycanlı idmançı “bürünc” uğrunda güləşəcək

Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov (77 kq) Tokio-2020 Yay Olimpiya Oyunlarında təsəlliverici görüşlərə qatılacaq.

Komanda.az xəbər verir ki, buna idmançının 1/4 finalda uduzduğu qırğızıstanlı Akjol Mahmudovun yarımfinal görüşündə Ermənistan təmsilçisi Karapet Çalyana qalib gələrək, finala vəsiqə qazanması səbəb olub.

Hüseynov Lamjed Maafi (Tunis) ilə qarşılaşacaq. Ona qalib gəlsə, bürünc medal uğrunda erməni Karapet Çalyanla üz-üzə gələcək.

Bürünc medal uğrunda görüşlər avqustun 3-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button