Azərbaycanın yelkən komandası beynəlxalq reqatada iştirak edəcək

Azərbaycanın yelkən komandası iyunun 4-dən 6-dək Türkiyənin Urla şəhərində “Pro Sailing Optimist Cup” beynəlxalq reqatasında mübarizə aparacaq.

Bu barədə Komanda.az-a Azərbaycan Su İdman Növləri Federasiyasından məlumat verilib.

Komanda yarışda 5 idmançı ilə təmsil olunacaq.

Furkan Mustafayev, Kamal Bəşirli, Səma Mansurzadə, Amira Bayramova və Kamilla Həsənova reqatada mükafatçılar sırasında yer almağa çalışacaqlar.

Komandanın rəhbəri Burcu Alqon Corciani, məşqçisi isə Panaqiotis Papadakisdir.

Yelkənçilər mayın 30-dan etibarən Urla şəhərində yarışa hazırlıq məqsədi ilə təlim-məşq toplanışına başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button