“Qəbələ”nin üzvü BƏƏ-yə gedir

Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi Bəxtiyar Abbasov növbəti döyüşünü keçirəcək.

Komanda.az “Qəbələ”nin rəsmi saytına istinadən xəbər verir ki, 33 yaşlı idmançı Birləşmiş Ərəb Əmirliklərində təşkil olunacaq MMA üzrə “UAE Warriors9” çərçivəsində qüvvəsini sınayacaq. Orta çəki dərəcəsində mübarizə aparan döyüşçü Belarus təmsilçisi İqor Litoşiklə qarşılaşacaq.

Noyabrın 29-da keçiriləcək görüş Abu-Dabidəki “Mubadala Arena”da təşkil olunacaq. Bu, hər iki idmançının 23-cü peşəkar döyüşü olacaq. Bəxtiyarın hesabında 17 qələbə və 5 məğlubiyyət var. Onun rəqibi isə 14 dəfə qalib gəlibsə, 8 dəfə uduzub.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button