Azərbaycanın daha bir idmançısı “Prezident Kuboku”nda medal qazandı

Azərbaycanın daha bir təmsilçisi Nurlan Paşayev Ulu Öndər Heydər Əliyevin 101-ci ildönümünə həsr edilən akademik avarçəkmə, kayak və kanoe üzrə “Prezident Kuboku 2024” beynəlxalq reqatasında medal qazanıb.

Komanda.az xəbər verir ki, o, 2006-2007-ci il təvəllüdlü idmançıların mübarizəsində akademik avarçəkmə növündə gümüş mükafata sahib çıxıb.

Paşayev 1500 metr məsafəyə yarışda ikinci olub.

Daha əvvəl Azərbaycan təmsilçilərindən Əlimurad Hacızadə qızıl, Amil Ramazanov bürünc medal əldə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button