Azərbaycanın 2 cüdoçusu “Böyük Dəbilqə” turnirində finala yüksəlib

Azərbaycanın iki cüdoçusu Bakıda keçirilən “Böyük Dəbilqə” turnirində finala yüksəlib.

Komanda.az xəbər verir ki, ilk olaraq 81 kq çəki dərəcəsində çıxış edən Səid Mollayi yarımfinalda macarıstanlı Attila Unqvariyə qalib gəlib. O, qızıl medal uğrunda belçikalı Mattias Kasse ilə görüşəcək.

73 kq-dakı Hidayət Heydərov ispaniyalı Salvador Rokaya qalib gələrək, finalda kanadalı Artur Margelidona rəqib olub.

Qadınların yarışında 63 kq-da Aytac Qardaşxanlı təsəlliverici görüşdə sloveniyalı Andreya Leskiyə yenilib.

Turnir noyabrın 6-da başa çatacaq.

“Böyük Dəbilqə”nin ilk günündə Balabəy Ağayev (60 kq) qızıl, Kəramət Hüseynov (60 kq) və Orxan Səfərov (66 kq) bürünc medal qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button