Azərbaycanın ən güclü gənc güləşçiləri bəlli oldu

Fevralın 19-da “Sərhədçi” İdman Olimpiya Mərkəzində start götürən sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan çempionatına yekun vurulub.

Komanda.az xəbər verir ki, sonuncu yarış günündə xalça üzərinə gənc yunan-Roma güləşçiləri çıxıb.

55, 60, 63, 67, 72, 77, 82, 87, 97 və 130 kq-da ümumilikdə 157 pəhləvan mübarizə aparıb.

Medalçılarla tanış olun:

55 kq
1. Zaur Əliyev (Lokomotiv)
2. Rəvan Rəcəbov (Sumqayıt, “Təhsil”)
3. Rəhman Səlimov (Təhsil)
3. Qadir Kərimov (Kürdəmir, “Gömrükçü”)

60 kq
1. Həsən Məmmədli (ROİL)
2. Fərdi Hümbətov (Zəngilan)
3. Ağaqulu Quliyev (Cəngi)
3. Fail İsgəndərov (Gömrükçü)

63 kq
1. Zaur Nuriyev (Məhsul)
2. Əsgər Əlizadə (Gömrükçü)
3. Fuad Cəfərov (Mingəçevir)
3. Surxay Ağayev (Sumqayıt, “Təhsil”)

67 kq
1. Niyaz Ərzumanov (Sumqayıt, “Zenit”)
2. İbrahim Mürsəlov (DİN)
3. Mehdi Hacıyev (Pəhləvan)
3. Vəfadar Cəfərov (ROİL)

72 kq
1. Ülvi Qənizadə (“Neftçi”, MOİK)
2. Ramil İsrayilov (Cəngi)
3. Allahverdi Əliyev (Neftçi)
3. Sərxan Kərimov (DİN)

77 kq
1. Murad Əhmədiyev (Balakən, “Sərhədçi”)
2. Samir Bayramov (Neftçi)
3. Cavid Miralayev (FHN)
3. Cavid Abdullazadə (Sumqayıt, “Zenit”)

82 kq
1. Şirxan Quliyev (MOİK)
2. Qabil Əhmədov (Neftçi)
3. Əlisəftər Məmmədli (DİN)
3. Elcan Rəfiyev (ROİL)

87 kq
1. Laçın Vəliyev (Göyçay, MOİK)
2. Xəzər Rzayev (Gəncə)
3. Elton Əzimli (Neftçi)

97 kq
1. Xəyal Mehtiyev (Cəngi)
2. Tarış Əbilov (Zəngilan)
3. Bəhruz Həziyev (Qubadlı)
3. Fəqan Cəfərli (Gəncə)

130 kq
1. Xasay Yusibov (Gəncə)
2. Elxan Quluzadə (Sumqayıt, “Zenit”)
3. Emin İbrahimov (Gəncə)

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button